"İşığ"ı olmayan klublar Premyer Liqadan kənarlaşdırılacaq?

1 Dekabr 2022 14:40 Premyerliqa 1 099
"İşığ"ı olmayan klublar Premyer Liqadan kənarlaşdırılacaq?

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa klublarını yeni tələbi ilə tanış edib.

Çempionatın təşkilatçısı ev oyunlarının keçiriləcəyi bütün stadionların işıqlandırma sistemiylə təmin olunmasını istəyib.

Qurum elita təmsilçilərinin nəzərinə çatdırıb ki, bu, növbəti mövsümdən etibarən Əsasnaməyə daxil ediləcək. İdman qurğusunda projektor quraşdırmayan klubların hətta yarışdan kənarlaşdırıla biləcəyi istisna olunmayıb.

Bu problem əsasən bölgə nümayəndələri ilə bağlıdır. «Şamaxı», həmçinin Premyer Liqaya yeni qayıdan «Kəpəz» və «Turan Tovuz»un stadionlarında işıqlandırma sistemi yaradılmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu