"Ararat"ın sabiq qapıçısı Azərbaycan klubuna gəlir - SON DƏQİQƏ

17 Sentyabr 2022 16:00 Premyerliqa 1 961
"Ararat"ın sabiq qapıçısı Azərbaycan klubuna gəlir - SON DƏQİQƏ

"Kəpəz"in qapıçı mövqeyinə danışıq apardığı növbəti legionerin kimliyi məlum olub.

Bu, serbiyalı qapıçı Stefan Cupicdir.

Menecerlərin bölgə təmsilçisinə təklif etdiyi 27 yaşlı kiperin son klubu Kiprdə "Olimpiakos” olub.

Karyerası daha çox ölkəsinin klubları ilə bağlı olan serbiyalı Kiprdən başqa, Norveç, Bosniya və Herseqovina, Ermənistan kimi ölkələrdə legioner həyatı yaşayıb.

Serbiyanın aşağı yaş milli komandalarında oynamış qolkiper hazırda azad agent status daşıyır

Menecerlərin daha əvvəl Cupiçi "Sumqayıt"a təklif etdiyini bildirək. “Kimyaçılar” vaxtilə “Ararat”ın formasını geyinmiş “əlcək sahibi” ilə müqavilə imzalamağı lazım bilməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti