“Turan” 10 nəfərlə qaldı, bəxt “Qəbələ”nin üzünə güldü

8 Avqust 2022 18:59 Premyerliqa 1 111
“Turan” 10 nəfərlə qaldı, bəxt “Qəbələ”nin üzünə güldü

Premyer Liqada I tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son günündə bir oyun baş tutub.

Günün yeganə matçı Tovuzda keçirilib. Premyer Liqada debüt edən “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib.

Matç gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Qərblilər ilk hissənin ortalarında azlıqda qalıb.

“Qəbələ”nin üstünlüyü yalnız ikinci hissədə hesabda əksini tapıb. Öncə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 5 dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmlədib - 2:0.

8 avqust
“Turan Tovuz” – “Qəbələ” 0:2

Qollar: İsnik Alimi, 58 (pen.), Rafael Utziq, 63
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 31
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti