Premyer Liqada çıxış edəcək klublara ayrılacaq maliyyə - SOCAR-la razılaşma

15 İyun 2022 17:40 Premyerliqa 1 481
Premyer Liqada çıxış edəcək klublara ayrılacaq maliyyə - SOCAR-la razılaşma

AFFA növbəti mövsüm Premyer Liqada çıxış edəcək klublara ayrılacaq maliyyənin məbləğini qarçıdakı 2 gün ərzində açıqlayacaq.

Bu barədə qurumdan Sportinfo.az-a bildirilib.

Redaksiyamıza verilən məlumata görə, yardım paketinin ümumi miqdarı ilə bağlı SOCAR-la müzakirələr aparılıb və yekun rəqəm razılaşdırılıb.

Sadəcə, bəzi detallar qalıb ki, indi onun üzərində iş gedir. Son anda başqa bir problem ortaya çıxmasa, ya sabah, ya da iyunun 17-də ictamiyyətə açıqlama veriləcək.

Gözlənilən budur ki, “Qarabağ” və “Neftçi” istisna olmaqla, digər klubların hər biri 1 milyon manatlıq dəstək paketi alacaq.

Bu vəsait əsasən, uşaq futbol akademiyalarının daha səmərli fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Göstərilən məbləğ yeni sezonun startıəndan başlayaraq mərhələli şəkildə klubların hesabına köçürüləcək.

Bəs “Qarabağ”la “Neftçi”yə niyə by yardım paketindən kənarda saxlanılıb?

SOCAR “Neftçi”nin baş sponsoru olduğu üçün bu addımı atmayıbsa, “Qarabağ”ın büdcəsinin, onsuz da, kifayət qədər yüksək olmasını əsas götürüb.

Digər Xəbərlər
Xəbər Lenti