“Neftçi” Antalyada çempion oldu – TURNİR CƏDVƏLİ

27 Yanvar 2022 21:20 Premyerliqa 1 034
“Neftçi” Antalyada çempion oldu – TURNİR CƏDVƏLİ

Azərbaycan Premyer Liqasının təmsilçilərinin Antalya hazırlığı başa çatdı.

Artıq hazırlığın üçüncü mərhələsinə qədəm qoyan komandalar ölkə kuboku ilə çempionatın qalan bölümünə hazırlaşır.

Türkiyədəki təlim-məşq toplanışından kimin nə dərəcədə fayda gördüyünü qarşıdakı matçlar göstərəcək.

İndiki durumda maraq doğuran məqam komandaların Antalyada hansı nəticələrlə yadda qalması və 6 təmsilçimizin xəyali turnir cədvəlindəki vəziyyətidir.

Öncə nəticələrə baxaq.

Qarabağ
“Qaz Metan” (Rumıniya) 0:0
“Batska Topala” (Serbiya) 0:1
“Şlyonsk” (Polşa) 2:3
“Viska Krakov” (Polşa) 0:0

Qəbələ
“Zaqlembe” (Polşa) 1:2
“Boreç” (Şimali Makedoniya) 1:0
“Bohemians” (Cexiya) 1:3

Zirə
“Peç” (Macarıstan) 3:5
“Qurnik” (Polşa) 2:2
“Breqalniça” (Şimali Makedoniya) 1:1

Neftci
“Kişvarda” (Macarıstan) 2:2
“Visla Plotsk” (Polşa)1:1
“Qurnik” (Polşa) 1:0

Sabah
“Pakş” (Macarıstan) 1:1
“Zarya” (Ukrayna) 1:1
“Mladost” (Serbiya) 1:1

Sumqayıt
“Yagelloniya” (Polşa) 0:0
“Berliner AK” (Almaniya) 2:5
“Şkupi” (Şimali Makedoniya) 1:2

Göründüyü kimi, məğlubiyyət acısı dadmayan komandalar “Neftçi”ylə “Sabah” olub. Qələbə qazananların sırasında isə “Qəbələ”ylə “Neftçi”nin adını çəkə bilərik.

Yenilənən “Neftçi” 3 oyunda topladığı 5 xalla Antalya çempionu adını haqq edibsə, Premyer Liqanın turnir cədvəlinin şəriksiz lideri “Qarabağ” digrlərindən çox – 4 matç keçirməklə aktivinə cəmi 2 xal yazdırmağı bacarıb.

Xəyali turnir cədvəlindəki durum belədir.
Neftçi 3 1 2 0 4:3 5
Sabah 3 0 3 0 3:3 3
Qəbələ 3 1 0 2 3-5 3
Zirə 3 0 2 1 6-8 2
Qarabağ 4 0 2 2 2-4 2
Sumqayıt 3 0 1 2 3:7 1

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti