"Qarabağ" inamlı qələbə ilə liderliyə yüksəldi - Yenilənib

2 Mart 2021 20:14 Premyerliqa 1 152
"Qarabağ" inamlı qələbə ilə liderliyə yüksəldi - Yenilənib

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün ilk iki oyun keçirilib.

Açılış matçında autsayderlər zonasında qərarlaşan iki komanda üz-üzə gəlib. Paytaxt təmsilçiləri “Səbail”lə “Keşlə” birincilərin meydanında qarşılaşıb.

Turnir cədvəlində qonşu olan komandaların görüşündə qollar ikinci hissədə vurulub. “Keşlə” fasilədən dərhal sonra hesabı açmasına baxmayaraq, “Səbail” məğlubiyyətdən qurtulmağı bacarıb. Nəticədə komandalar xalları yarı bölüblər.

Son vaxtlar qeyri-stabil çıxışla yadda qalan “Qarabağ” yüksəlişdə olan “Qəbələ”ni sınağa çəkib. “Qırmızı-qaralar”ın rəqibə müqavimət göstərməsi gözlənilsə də, bu baş verməyib.

Qurban Qurbanovun kollektivi görüşün taleyini ilk hissədəcə həll edib. Sabiq “Qəbələ”li Filip Ozobiçin dublu və çempionatın bombardiri Mahir Emrelinin qolu sayəsində rəqibini darmadağın edən “Qarabağ” ən azı bir günlük də olsa zirvəyə yüksəlib.

Turun “Sumqayıt” – “Zirə” (16:00) və “Neftçi” – “Sabah” (18:15) oyunları sabah keçiriləcək.

2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” –“Keşlə” 1-1

Qollar: Peyman Keşavarzi, 75 - Tural Axundov, 54
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov “ASCO Arena”

18:15. “Qarabağ” – “Qəbələ” 3-0

Qollar: Filip Ozobiç, 22, 33, Mahir Emreli, 38

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 30.Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

“Qəbələ”: 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı “Azersun Arena”.

Xəbər Lenti