Bu da Azərbaycanda qara "əsir düşən" stadionlardakı son vəziyyət - FOTOLAR

25 Fevral 2021 00:42 Premyerliqa 2 711
Bu da Azərbaycanda qara "əsir düşən" stadionlardakı son vəziyyət - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının sabah keçiriləcək 17-ci turunun oyunları ərəfəsində stadionlardakı vəziyyətlə bağlı son durum açıqlanıb.

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovun sözlərinə görə, güclü qar müşahidə olunmayacağı təqdirdə, bütün qarşılaşmalar baş tutacaq.

Bank Respublika Arena – Vəziyyət kritik idi. Stadionlar içində ən çox qar bura yağmışdı. Həm “Sabah” klubunun, həm də stadion rəhbərliyinin əməyi sayəsində stadionun yarıdan çoxu qardan təmizlənib və sabah bu iş davam edəcək.

Qəbələ şəhər stadionu – Qəbələ şəhər stadionu kritik durumlara daha yaxşı hazırdır. Bura duman problemi daxil deyil. Hər hansı ciddi təbiət sürprizi olmayacağı təqdirdə, oyunla bağlı problem olmamalıdır. Oyunun rəsmi nümayəndələri, qonaq komanda artıq Qəbələ şəhərindədir.

Zirə İdman Kompleksi – Qarın təmizlənməsinə, əlavə qüvvə və texnika cəlb olunmaqla, sabah səhər saatlarında başlanılacaq.

Azersun Arena – Qarın daha az düşdüyü stadion olsa da, qarla tam örtülüdür. Sabah səhər saatlarından başlanaraq stadion axşam saatlarındakı oyuna qədər hazır vəziyyətə gətiriləcək.

Sonda onu da bildirək ki, Premyer Liqanın 17-ci turu çərçivəsində sabah “Qəbələ” – “Sumqayıt” (15:00), “Zirə” – “Neftçi” (16:00), “Sabah” – “Keşlə” (17:30) və “Qarabağ” – “Səbail” (18:30) görüşləri baş tutacaq.



Digər Xəbərlər
Xəbər Lenti