COP29

Bircə Qurban Qurbanov istədi - 10 yox, 12 olsun

16 May 10:40 Premyerliqa 3 445
Bircə Qurban Qurbanov istədi - 10 yox, 12 olsun

Mayın 13-də AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirildi.

Dörd saatdan artıq davam edən toplantıda bir sıra məsələlər müzakirə edildi.

Onlardan biri də Azərbaycan Premyer Liqasında komanda sayının artırılıb-artırılmaması idi.

Yığıncaqda idman prinsiplərinin qorunmasının vacibliyi vurğulandı. Hər halda federasiyanın yaydığı rəsmi açıqlamada belə deyilir.

Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

AFFA-nın prezidenti Rövşən Nəcəf komanda sayının artırılmamasının səbəbləri barədə deyib:

"Bunun üçün yetərli qədər infrastruktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir.

Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin növbəti illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".

İcraiyyə Komitəsinin iclasında bu yöndə gərgin müzakirə etməyib. İK üzvlərinin demək olar hamısı elita mənsublarının sayının 10-dan 12-yə çıxarılmasının tez olduğunu deyib.

Bircə Qurban Qurbanovdan başqa. «Qarabağ»ın baş məşqçisi əksər rayonların futbolsuz qaldığını, bölgə azarkeşlərinin Premyer Liqa üçün darıxdığını bildirib.

Eyni zamanda, əlavə edib ki, bu iş yüksək səviyyədə qurulmalıdır. Yəni, klubların maddi-texniki bazası gücləndirilməlidir, əks-halda çempionatın səviyyəsində yüksəliş qeydə alınmayacaq.

Onun nəzərinə çatdırılıb ki, problem diqqət mərkəzində saxlanılacaq və hazırkı məqamda infrastruktur layihələrinin həllinə çalışılacaq.

Deyilib ki, proses mərhələli şəkildə aparılacaq və bölgələrdəki stadionlar təmir olunduqdan sonra say artımına baxılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"