Tokio 2020-də keçirilən futbol turnirinin yarımfinal mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk görüşdə Braziliya və Meksika yığmaları üz-üzə gəlib.
Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan Braziliya millisi (4:1) finala vəsiqə əldə edib.
Qeyd edək ki, yarımfinalın digər görüşündə Yaponiya və İspaniya milliləri üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

