Koronavirus “Neftçi”nin hücumçusuna daha bir ŞOK YAŞATDI!

23 Noyabr 2020 11:40 Neftçi 870
Koronavirus “Neftçi”nin hücumçusuna daha bir ŞOK YAŞATDI!

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun koronavirusa yoluxması dünən açıqlandı.

Bunu komandanın baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turunda “Qəbələ” ilə keçirilən oyundan (4:1) sonra bəyan etdi.

O, millinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Bu səbəbdən 25 yaşlı forvard Qəbələdəki qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Demə, Mirabdulla ilə yanaşı, bəzi ailə üzvləri də hazırda bu xəstəlikdən əziyyət çəkir. Onun xalası isə bugünlərdə koronavirusdan dünyasını dəyişib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”