“Neftçi” və “Keşlə”yə qayıtmaram” – Tərlan Əhmədov

26 Oktyabr 2020 22:00 Neftçi 831
“Neftçi” və “Keşlə”yə qayıtmaram” – Tərlan Əhmədov

“Neftçi” və “Keşlə”nin hazırkı rəhbərliyi olduğu müddətdə bu komandalara qayıtmaram”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a adıçəkilən klubların keçmiş baş məşqçisi Tərlan Əhmədov deyib.

2017/18 mövsümündə “Neftçi”yə bürünc medal qazandırdıqdan sonra iki il “Keşlə”yə rəhbərlik edən Əhmədov bu ilin yayında oradan da eyni nəticəyə imza ataraq vidalaşıb.

Uğurlu çıxışa baxmayaraq, müqavilə müddətinin artırılmaması 49 yaşlı mütəxəssisə mənfi təsir göstərib: “Əgər bir yerdən səni yola salırlarsa, ora dönüşə artıq nöqtə qoymalısan.

Mənim də öz həyat prinsiplərim var. Ayrılmağının səbəbi zamanında deyilmədisə, yenidən ora dönmək variantının üstündən birdəfəlik xətt çəkilməlidir”.

Əhmədovun dönəmində həm “Neftçi”, həm də “Keşlə” Premyer Liqada 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, klub rəhbərləri yeni sözləşmə bağlamaqdan imtina ediblər.

Digər Xəbərlər
Xəbər Lenti