“Neftçi”nin qapıçısının xəstəxanadan FOTOsu yayıldı

25 Oktyabr 2020 16:40 Neftçi 598
“Neftçi”nin qapıçısının xəstəxanadan FOTOsu yayıldı

“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.

2017/18 mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM