“Neftçi“ və “Xəzər Lənkəran” onları yuxuda da görmək istəmir

22 Oktyabr 2020 19:02 Neftçi 783
“Neftçi“ və “Xəzər Lənkəran” onları yuxuda da görmək istəmir

Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək “Qarabağ”la Təl-Əviv “Makkabi”si tarixlərində ilk dəfə görüşəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan və İsrail təmsilçiləri ümumilikdə 13-cü duelə çıxacaq.

İndiyədək 6 dəfə yolları kəsişən ölkə klubları 12 matçda üz-üzə gəlib. Bunların hamısı təsnifat mərhələlərində baş tutub. Yalnız bir dəfə mərhələ adlayan Azərbaycan komandası olub.

Buna da “Qarabağ” imza atıb. İlk belə dueldə Hayfa “Makkabi”si ilə görüşən ağdamlılar rəqibini mübarizədən kənarlaşdırıb. “Qarabağ”ın israillilərlə yeganə dueli Azərbaycan futbol tarixinə ilk adlanan mərhələ kimi düşüb.

Həmin vaxt səfərdə baş tutan ilk matçda əldə olunan qələbə mərhələ keçmək üçün yetərli olub. Lakin sonrakı 11 qarşılaşmada qələbəyə həsrət qalan təmsilçilərimiz 5 dəfə mübarizəni dayandıran tərəf olub.

“Qarabağ” kimi Təl-Əviv “Makkabi”si də bir dəfə belə duelin iştirakçısı olub. İsraillilər “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırıb.

Ümumilikdə, 12 oyunda 1 qələbəsi olan klublarımız 3 heç-heçə edib və 8 dəfə məğlub olub. 8 qol sevinci yaşayan futbolçularımız 29 qol buraxıb (apasport.az).

1999/2000 mövsümü
İntertoto kuboku, I mərhələ

Makkabi (Hayfa, İsrail) – Qarabağ – 1:2, 1:0
2009/10 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

Simurq – Bney Yehuda (İsrail) – 0:1, 0:3
2011/12 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Makkabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran – 3:1, 0:0
2012/13 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Hapoel (Kiryat-Şmona, İsrail) – Neftçi – 4:0, 2:2
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran – 2:0, 8:0
2019/20 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Neftçi – Bney Yehuda (İsrail) – 2:2, 1:2

Digər Xəbərlər
Xəbər Lenti