
«Neftçi»nin Anton Krivotsyuku cəzalandırmasının səbəbi məlum olub.
Sportinfo.az-ın məlumatına görə, müdafiəçi Füzuli Məmmədovun üzünə qayıdıb.
Bu hadisə «Zirə» ilə matçdan (0:1) sonra yaşanıb. 90+5-ci dəqiqədə buraxılan qolla qəsəbədən məğlub dönən «ağ-qaralar»ın çalışdırıcısı komandanın əksər futbolçularını, o cümlədən, 21 yaşlı milli üzvünü tənqid edib.
Milliləşdirilmiş ukraynalı isə özündə heç bir səhv görmədiyini bildirib və Vojislav Stankroviçi nişan verib. Yəni ki, yenilginin əsas baiskarı odur.
Antonun reaksiyası baş məşqçini təbdən çıxarıb və o, futbolçunun cəzalandırılması ilə bağlı rəhbərliyə raport yazıb. İdman direktor Ceyhun Sultanov isə çoxdandır onu boğaza yığan Krivotsyukun «qələmini qırmağı» qərara alıb.
Əvəzedicxi heyətə göndərilən müdafiəçi Zaqatalaya aparılıb, burada isə ilk dəqiqələrdən meydana buraxılmayıb. Mahmud Qurbanov onu yalnız 63-cü dəqiqədə Mirəli Əhmədovu əvəzinə «döyüş»ə atmağı lazım bilib.
Daim qalmaqallı hərəkətləri ilə gündəmə gələn Antonun hələ bir müddət «dubl»da qalacağı deyilir. Əlbəttə, klub rəhbərliyi bu cəzayla kifayətlənməyib.
Cəriməni də kəsib. Nə qədər? Oktyabrın ayının maaşından əhəmiyyətli bir hissə cəriməyə tutulub.