SOCAR Kamran Quliyevdən tələb edir: İdman direktoru ilə baş məşqçini göndər!

16 Sentyabr 2020 12:44 Neftçi 2 070
SOCAR Kamran Quliyevdən tələb edir: İdman direktoru ilə baş məşqçini göndər!

«Neftçi» növbəti ağır mərhələ ilə üz-üzədir. Premyer Liqanın ikinci turunda «Sumqayıt»a 0:2 hesablı ev məğlubiyyəti «tənqid dalğası»nı şahə qaldırıb.

Bu dəfə yalnız Füzuli Məmmədov kəskin qınağa tuş gəlməyib.

Baş məşqçi ilə yanaşı, idarəçilər də «hədəf taxtası»ndadır. Əlbəttə, bu da başadüşülən və normal haldır. Çünki adıçəkilən şəxsi layiq olmadığı halda, komandanın sükanı arxasına gətirən və dəstəkləyən rəhbərlikdir.

Bu mənada Ceyhun Sultanovun adı daha çogx çəkilir. Sirr deyil ki, idman direktoru F.Məmmədovu sıırf qohumluq münasibətlərindən dolayı irəli çəkib və dolayısı ilə yox, birbaşa onun vasitəsilə kollektivə təsir imkanlarını tamamilə öz əlinə keçirib, bildiyini, bilmədiyini etməkdədir.

Transfer bazarıyla yanaşı, digər məsələlər də Sultanovdan keçir. Ona da belə bir şəraiti yaradan, düz və yanlış hərəkətlərinə «yaşıl işıq» yandıran Kamran Quliyevdir. Üç ildir ki, klubda hər şey bu minvalla davam edir.

Nəticə? Nə var ki, bu da olsun? Bu 3 ildə saysız-hesabsız uğursuz transfer çalışmaları, məntqsiz və yersiz məşqçi təyinatları ilə yadda qalan idman direktoruna «dur» deyə bilməməsi indi klub prezidentinin perspektivini təhdid altına alıb.

«Məni «Qarabağ»ın hegemonluğuna son qoymaq üçün «Neftçi»yə göndəriblər» deyib, 2018-ci ilin əvvəlində «Sumqayıt»dan bura gələn Quliyevin üzərinə götürdüyü əsas öhdəlikləri yerinə yetirə bilməməsi «taxt»ını möhkəm laxladıb. SOCAR-dan təzyiqlər yenidən artıb və bu, günbəgün onu daha çox narahat edir, küncə sıxır.

«Qalatasaray» və «Qarabağ»la qarşıdakı ounlar çox sualların cavabı olacaq gücdədir.

Komanda Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə nəhənginə böyük hesabla uduzsa, ardınca Premyer Liqada son illərin dəyişməz ölkə çempionuna təslim olsa, Ceyhun sultanovu Füzuli Məmmədovu itirmək məcburiyyətində qala bilər.

Yayın ortasında bağlanan 2 illik müqavilə? Bu, bu gün SOCAR-da heç kimin yadına düşmür və narahat etmir. Neft şirkətində bir tabloya, bir də klubun xərclədiyi pula baxırlar.

Burada isə hər şey onların gözlədiyinin əksinədir. Göstərdikləri diqqət və qayğının qarşılığı ola biləcək nəsə yoxdur: ovunmurlar, təsəlli tapmırlar.

SOCAR dəyişiklik, islahat istəmir. tələb edir. İdman direktoru ilə baş məşqçinin klubdan göndərilməsi yolunda növbəti 2 oyunun həlledici ola biləcəyi Kamran Quliyevin özünə də məlumdur.

Düzdür, prezident hadisələrin bu cür inkişafını qətiyyən arzulamır və ilk vaxtlarda olduğu kimi, bu gün də yaxın adamlarını qorumağa, təhlükənin ağuşundan dartıb geri almağa çalışır, ancaq bunu yenə bacaracağı az inandırıcıdır.

Axı neft şirkətində əyləşən başbilənlərin səbri sükənib, ölkənin ən yaşlı klubunun uğursuzluqları sıralamasının idarəçilikdən qaynaqlanması özlərinə də gün kimi aydındır.

Kamran Quliyevin müqaviməti ona qarşı qəzəbi bir qədər də gücləndirə, növbəti mərhələdə özünün də iş yerini itirməsinə gətirib çıxara bilər. Odur ki, iki daş arasında qalıb, sıxılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti