"Neftçi" axtardığı yeni legioneri Avropada tapdı - SON DƏQİQƏ

3 İyul 2020 22:40 Neftçi 2 201
"Neftçi" axtardığı yeni legioneri Avropada tapdı - SON DƏQİQƏ

«Neftçi» transfer çalışmalarını sürətləndirib.

Braziliyalı müdafiəçisi Taillson ilə anlaşan paytaxt klubu daha bir legionerlə ortaq dil tapıb.

Premyer Liqanın gümüş medalçısı müqavilə şərtlərini razılaşdırdığı futbolçu ərəbdir. Özü gənc, ampluası dayaq yarımmüdafiəsidir. Belə deyək, Soni Mustivarın mövqeyinə alınıb.

Avropanın ortabab çempionatlarından birində çıxış edir. Müqavilə 2+1 illik nəzərdə tutulub. Adı hələlik gizli saxlanılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu