"Neftçi"nin baş məşqçisi qardaşını özünə köməkçi götürmək istəyir

17 May 2020 13:00 Neftçi 1 392
"Neftçi"nin baş məşqçisi qardaşını özünə köməkçi götürmək istəyir

«Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov özünə yeni köməkçi götürməyə hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, o, bu niyyətindən klub rəhbərliyini artıq xəbərdar edib.

Gənc çalışdırıcı yardımçıları arasında qardaşı Xaqani Məmmədovu görmək istəyir. Paytaxt təmsilçisinin rəsmiləri onun yaydan etiblarən məşqçilər korpusunda yer almasının əleyhinə deyil.

X.Məmmədov hazırda «Qəbələ»nin akademiyasında çalışır. Keçmiş hücumçu vaxtilə «Neftçi»nin formasını da geyinib. İstər insani, istərsə də məşqçi keyfiyyətləri ilə adından həmişə yaxşı mənada söz etdirməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti