"Neftçi"dən xəbər gəldi - Klub fəaliyyətini dayandırdı

14 Mart 2020 13:54 Neftçi 1 085
"Neftçi"dən xəbər gəldi - Klub fəaliyyətini dayandırdı

“Neftçi” fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.

Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti