Rauf Əliyev "Neftçi"nin idman direktorunu təhqir edib? - VİDEO

13 Mart 2020 21:10 Neftçi 1 475
Rauf Əliyev "Neftçi"nin idman direktorunu təhqir edib? - VİDEO

Qış fasiləsində «Neftçi»dən uzaqlaşdırılan Rauf Əliyev «Səbail»in heyətində ilk qolunu keçmiş komandasına vurdu.

Son saniyələrdə səhnəyə çıxan hücumçu «ağ-qaralar»ı qələbədən məhrum etdi.

Bu qolun qiyməti bir başqadır. Rauf bakılıları bəlkə də çempionluq yarışından uzaqlaşdıran qolu vurmaqla yanaşı, onun üstündən xətt çəkən klub rəsmilərini yandırıb-yaxdı.

Təsadüfi deyil, millinin keçmiş forvardı fərqləndiyi anda nə yerə, nə də göyə sığdı, qolun sevincini dəlicəsinə yaşadı, qeyd etdi. Və oyunsonrası açıqlamasında “Neftçi"də bir-iki nəfər vardı, artıq cavablarını aldılar” dedi.

Onun kimə mesaj göndərməsi artıq məlumdur. Demə, Rauf Əliyev «Neftçi»nin idman direktoru Ceyhun Sultanovu nəzərdə tuturmuş. Hücumçu klubdan göndərilməsində ilk növbədə onu günahkar sayır və hətta deyilənə görə, qolu vurandan sonra Sultanovun ünvanına təhqiramiz ifadə işlədib.

Əliyevi buna sövq edən səbəb ondan xəbərsiz müqaviləsinə xüsusi şərtin əlavə olunmasıdır. Belə ki, Rauf kontrakta «klub çıxışından narazı qalarsa, 2 aylıq maaşı öncədən ödəmək şərtilə müqaviləyə birtərəfli xitam verilə bilər» bəndinin salınmasından son anda bilgiləndirilib, onda isə artış iş-işdən keçib.

Bütün bunlarla bağlı Əliyevlə danışmaq istədik. «Səbail»in mətbuat katibi Törə Əhmədova üzərinə düşəni etdi, futbolçüya izn verdi. Di gəl, o, əvvəl müxtəlif bəhanələrlə söhbətdən yayındı, sonra isə telefonlarağ cavab vermədi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti