"Neftçi"də mübahisə etdi və ayrıldı: "Mən xəbərçi deyiləm"

27 Fevral 2020 19:06 Neftçi 2 053
"Neftçi"də mübahisə etdi və ayrıldı: "Mən xəbərçi deyiləm"

«Neftçi»də gözlənilməz ayrılıq baş verib.

Sportinfo.az-a bu barədə məlumat klubdan daxil olub. Redaksiyamıza verilən xəbərə görə, komandanın həkimi Gennadi Kişlari iş yerini tərk edib.

Uzun illərdir burada çalışan moldovalı fizioterapevt Ceyhun Sultanovla problem yaşayıb. O, idman direktorunun işinə qarışmasına etiraz əlaməti olaraq, «Neftçi»dən gedib.

Belə ki, Sultanovun davamlı şəkildə ona yerli-yersiz iradlar bildirməsindən bezən Kişlarini bu addım atmağa vadar edən digər səbəb «bixzə komandanın içindən xəbər çatdırmalısan» tapşırığıdır.

Moldovalı «mən xəbərçi deyiləm» söyləyərək, idman direktorunun qapısını çırpıb və kollektivlə sağollaşaraq gedib.

Digər Xəbərlər
Xəbər Lenti