"Bordini istəmədiz, biz də göndərdik" - ŞOK ETİRAF!

27 Yanvar 2020 12:46 Neftçi 1 432
"Bordini istəmədiz, biz də göndərdik" - ŞOK ETİRAF!

"Neftçi"nin idman direktoru Ceyhun Sultanov komanda üzvləri ilə görüş keçirib.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, toplantı Antalya səfərinin yekunlarına həsr edilib.

Yoxlama görüşlərində "Lodz" (0:4), Kiyev "Dinamo"su (1:2) və "Desna"ya (0:2) uduzan "ağ-qaralar", gözlənildiyi kimi, tənqidə məruz qalıb.

Sultanov nəticələrdən narazılığını söyləməklə yanaşı, bildirib ki, yol verilən səhvləri Premyer Liqada təkrarlamaq olmaz. O, Roberto Bordinin dönəmində üst-üstə yığılan problemlərin artıq aradan qalxmasının vacibliyini söyləyib.

İdman direktoru futbolçulardan Füzuli Məmmədova dəstək istəyib. Klub rəsmisi yeni baş məşqçinin arxasında dayanacaqlarını qeyd edib:

"Bordini istəmədiz, biz də göndərdik. Bu işlərin hamısını sizə görə etdik. İndi komanda olaraq nəticə qazanmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!