“Neftçi”nin yeni baş məşqçisinin köməkçiləri kim olacaq?

21 Yanvar 2020 19:50 Neftçi 2 140
“Neftçi”nin yeni baş məşqçisinin köməkçiləri kim olacaq?

“Neftçi” yanvarın 19-da baş məşqçi Roberto Bordindən sonra onun köməkçisini də yola saldı.

Paytaxt təmsilçisi fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.

Hal-hazırda əsas komanda 3 nəfərin ümidinə qalıb. Müvəqqəti olaraq baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Füzuli Məmmədova İqor Getmanla Etibar Tarıverdiyev yardım edir.

Məşqçi korpusunda bundan sonra yeni adlar görəcəyikmi? Sportinfo.az bu sualla Ceyhun Sultanova müraciət edib.

İdman direktoru komandaya köməkçi məşqçi axtardıqlarını təsdiqləsə də, namizədlər barədə konkret ad çəkməyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”