"Neftçi" ilə oyuna xüsusi hazırlaşan məşqçi - "Onlar kobudluğa yol verirdilər"

21 Yanvar 2020 11:20 Neftçi 818
"Neftçi" ilə oyuna xüsusi hazırlaşan məşqçi -

"Oyun görmək istədiyimiz kimi alınmadı. Oyunçularda bir növ əsəb var idi. Bəlkə də bunun səbəbi bir müddət fasiləsiz məşq etməyimizdir, futbolçular fiziki və psixoloji cəhətdən yorulurlar. Qələbəyə baxmayaraq, oyun keyfiyyəti bizi qane etmədi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Kiyev "Dinamo"sunun məşqçisi Vadim Yevtuşenko klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Antalyada "Neftçi" ilə keçirdikləri oyunu dəyərləndirən mütəxəssis 2:1 hesablı qələbəni şərh edib:

"Legiya" və "Neftçi" ilə oyunlara xüsusi hazırlaşmamışdıq. Proqramımız var, matçlar yorğunluq fonunda keçirilir. Təbii ki, yorğunluq ayaqlarla yanaşı, başda da olur. Buna əsasən oyunun keyfiyyətinin istənilən kimi olmadığını demək olar".

"Neftçi" haqda danışan məşqçi rəqib futbolçuların ikinci hissədə aqressiv oynadığını bildirib: "Görünür, məşqçi ikinci hissədə komandasına daha sıx və aqressiv oynamaq tapşırığı vermişdi. Hücumlarımızın alınmamasının bir səbəbi də bu idi. Rəqib futbolçular bəzən hətta kobudluğa da yol verirdilər. Amma bu, futboldur. Bu cür sınaqlardan da keçmək lazımdır. Danışmaq yox, dözmək və sürətli işləmək lazımdır ki, ayağa zərbə almayasan".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı