"Qəbələ" dişi və dırnağı ilə xalını qorudu - FOTOREPORTAJ

9 Dekabr 2019 00:28 Neftçi 554
"Qəbələ" dişi və dırnağı ilə xalını qorudu - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da “Sumqayıt" və "Qəbələ" üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 23-cü dəqiqədə qonaq komandadan Fernan Lopes açıb. 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Peyman Babayi penaltini dəqiq yerinə yetirərək, bərabərliyi təmin edib.

Bu, cənubi azərbaycanlı hücumçunun Premyer Liqada 6-cı qolu olub. Nəticədə Babayi bombardirlər siyahısında "Keşlə"nin hücumçusu Lorenzo Frutosa çatıb.

İkinci hissədə qapılara qol vurulmasa da, "Qəbələ" iki oyunçusunu itirib. 65-ci dəqiqədə qapıçı və kapitan Anar Nəzirov birbaşa qırmızı, 86-cı dəqiqədə Qismət Alıyev ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. Lakin yerli komanda say üstünlüyündən yararlanmağı bacarmayıb. Beləliklə, "Sumqayıt" qış fasiləsinə 18 xalla 4-cü, "Qəbələ" 13 xalla 7-ci pillədə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti