Bu, “Neftçi”nin baş məşqçisinin xoşuna gəlmədi, belə qərar verdi

13:00 Neftçi 232
Bu, “Neftçi”nin baş məşqçisinin xoşuna gəlmədi, belə qərar verdi

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub həftəlik hazırlıq prosesinin proqramını dəyişdirib.

Buna səbəb komandanın Premyer Liqanın üçüncü turunda «Zirə»yə uduzmasıdır.

Belə ki, «ağ-qaralar» qəsəbə səfərində zəif təsir bağışlamaqla yanaşı, 0:1 hesabıyla məğlub olub. U

kraynalı çalışdırıcı bundan hiddətlənərək, futbolçuları cəzalandırıb. Təcrübəli mütəxəssis kollektiv üzvlərini 1 günlük istirahətdən məhrum edib, onları məşqə çıxarıb.

Vernidub, adətən, hər oyundan sonra məşqlərə 1-2 günlük ara verir. Hazırkı vəziyyət bir qədər fərqli olduğundan, o, belə addım atıb.

Axı 60 yaşlı sükançı rəhbərliyə söz verib. Vəd edib ki, çempionatda yaranacaq ilk milli fasiləyə qədər maksimum xal toplayacaqlar.

Bu baxımdan, «Sumqayıt» və «Araz-Naxçıvan» üzərində iki qələbənin ardınca «Zirə»yə yenilgi ondan ötrü heç yerinə düşmədi, gözlənilməz oldu. Odur ki, həftəlik planında dəyişikliyə getməsi başadüşüləndir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!