"Böyük məbləğ vəd edilsə də, “Neftçi”dən getmərəm, pul arxasınca qaçan adam deyiləm"

00:50 Neftçi 129
"Böyük məbləğ vəd edilsə də, “Neftçi”dən getmərəm, pul arxasınca qaçan adam deyiləm"

"Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 1-ci turunun “Sumqayıt”la oyunundan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”nin oyunu sizi nə dərəcədə qane etdi?

- Azərbaycan Premyer Liqasının başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis komanda deyildi, çox sayda dəyişikliklər olub. Çoxlu sayda futbolçular gedib, yeniləri gəlib. Biz onların bu yay necə oynadıqlarını bilmirdik. “Şamaxı” ilə yoxlama görüşlərindən xəbərdar idik. O oyunda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu da oyundan əvvəl bildik. Amma əsas olan bizim oyunçular bilməlidir ki, biz nədən ötrü oynayırıq. Oyunumuz alındı, daha çox qol vura bilərdik. Sadəcə istifadə etmək alınmadı. Bir qol da buraxdıq. Bu cür qol buraxmamalıydıq. Oyundan, futbolçulardan, nəticədən razıyam. Önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq.…

- Rəqib azlıqda qaldıqdan sonra onlar daha aktiv görünürdü. Bunu nə ilə əlaqələndirərdiniz?

- “Sumqayıt”ın vurduğu bir qoldan başqa hansısa epizodunu xatırlayırsınız? Varsa, mənə xatırladın. Amma biz fürsətləri dəyərləndirsəydik, hesab başqa cür olardı. “Sumqayıt” pis komanda deyil, hər zaman yuxarı yerləritutmaq üçün oynayırlar. Azərbaycan Premyer Liqasında daha çox bərabər səviyyəli komandalar var. “Turan Tovuz” “Qəbələ”yə qarşı oyuna baxın. “Turan Tovuz”da oturuşmuş heyət var, “Qəbələ”də yeni heyət var, amma bəzi epizodlarda fərqlənə də bilərdilər.

- Qutsulyakın “Neftçi”yə keçəcəyi deyilir. Onunla danışmısız? Komandaya gəlmək ehtimalı nə qədərdir?

- Sizdən hardandır bu məlumat? Hətta bir neçə oyunçu var ki, onlarla maraqlanırıq. Heç bilmirəm onlar kimlərdir. Bunlar daha çox agentlərin işidir, qiymətləri qaldırmaq üçün edirlər. Mənim məlumatım yoxdur, nəsə olsa, deyə bilərəm. Qutsulyaka gəldikdə, çox möhtəşəm futbolçudur. Ukrayna millisində də oynayıb, yaxşı vingerdir, yaxşı sürəti var. “Neftçi”də oynamaq istəsəydi, bundan imtina etməzdim.

- Moldova mətbuatının iddiasına görə, "Şerif" rəhbərliyi də sizinlə əlaqə saxlayıb və komandaya dəvət edib...

- Bunu ilk dəfə sizdən eşidirəm. Mənim "Neftçi" ilə müqavilə var. Hər şeydən razıyam. Tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar vəd edilsə də, getmərəm. Pulların arxasınca gedən adam deyiləm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Mənim ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda burdakı məvacib buna bəs edir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım pul məni qane edir. Böyük məbləğ vəd edilsə də getmərəm, pul arxasınca qaçan adam deyiləm.

- Kenan Piriç komandadan ayrılıb, yoxsa ayrılacaq?

- Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlərimiz davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq. Bu gün heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər oyunçu üzərində çox çalışır. Biz də istəyirik ki, onlar gözəl nəticələr ortaya çıxarsın.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!