«Mingəçevir»in rəhbərliyində ayrılıq baş verib.
Ötən ilin yayından bəri «işıqçılar»ın icraçı direktoru postunu tutan Vüqar Hüseynzadə buradan ayırılıb.
Vaxtilə «Bakı»da çalışmış funksioner heç kimi öncədən xəbərdarlıq etmədən vəzifəsindən gedib.
Güman ki, bu, komandadaxili problemlərlə əlaqədardır. Hazırda «Mingəçevir»də ciddi maliyyə çatışmazlığı mövcuddur.
Martın son günlərini yaşayırıq, məşqçi və futbolçuların əksəriyyətinin fevral ayına aid əməkhaqları ödənilməyib.
Cəmi 12 nəfər keçən ayın maaşını alıb. Kollektiv üzvlərinə vəd olunub ki, aprelin 1-də bu borc bağlanacaq.
«İşıqçılar» mövcud problemin həlli üçün dəfələrlə Vüqar Hüseynzadə ilə əlaqə saxlayıb. Fəqət, o, telefon zənglərinə və mesajlarına cavab verməyib.
SPORTİNFO.AZ

