“Neftçi” öz adamını bu ölkəyə göndərdi - 4-5 nəfər bəyənildi

14:00 Neftçi 358
“Neftçi” öz adamını bu ölkəyə göndərdi - 4-5 nəfər bəyənildi

«Neftçi» Afrikada istedad axtarışındadır.

Klubun nümayəndəsi bu məqsədlə həmin qitəyə yollanıb.

Qanaya səfər edən «ağ-qaralar»ın təmsilçisi bir neçə oyunu canlı izləyib.

Bakılı funksioner orada kimlərisə bəyənibmi? «Bəli» deyə bilərik. Dörd-beş yerli gənc artıq «Neftçi»nin birbaşa maraq dairəsindədir.

Onlar iyunda ölkəmizə dəvət olunacaq. Baxışdan keçənlər gənclərdən (U-19) və əvəzedicilərdən ibarət komandaya cəlb ediləcək.

Fevralda “Neftçi”nin əvəzedici komandasına 3 əcnəbi cəlb olunub.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç afrikalı ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyada “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion”da çıxış edib.

Onlar əsas komanda üçün nəzərdə tutulub. Ora gedən yol isə “dubl“dan keçir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti