“Neftçi”nin baş məşqçisi bu hücumçunun icarəyə verilməsini istədi

14:00 Neftçi 608
“Neftçi”nin baş məşqçisi bu hücumçunun icarəyə verilməsini istədi

«Neftçi» mövsümün sonunda Ağadadaş Salyanski ilə vidalaşacaq.

Birdəfəlik yox, müvəqqəti.

Bu, Yuri Vernidubun istəyidir. Növbəti sezonu da «ağ-qaralar»ın sükanı arxasında keçirəcəyi demək olar dəqiqələşən ukraynalı baş məşqçi klubun yetirməsinin xidmətində maraqlı deyil.

Təcrübəli çalışdırıcı gənclər yığmasına da dəvət alan hücumçunun icarə əsasında başqa komandaya getməsinə tərəfdardır.

59 yaşlı baş məşqçi funksionerlə apardığı müzakirələr zamanı Salyanskinin burada oynamaq şansının az olduğunu bildirib.

Vernidub hesab edir ki, o, şans qazana biləcəyi yerə getməli və ən azı, 1 il təcrübə toplamalıdır.

Onun rəyinə əsasən, Ağadadaşın problemi məşqlərdə heç də həmişə özünü yaxşı tərəfdən göstərməyə cəhd göstərməməsidir.

Yəni ki, bir qədər tənbəldir. Üstəlik, qol yollarında qeyri-dəqiqlik faizi yüksəkdir: top ayağına gələndə panikaya düşür, qapının istiqamətini itirir.

SRORTİFNO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti