Vernidubun “Neftçi”də yol verdiyi ƏN BÖYÜK XƏTA!

22:05 Neftçi 251
Vernidubun “Neftçi”də yol verdiyi ƏN BÖYÜK XƏTA!

«Neftçi» 13 ildən sonra tarixinin ən böyükhesablı qələbəsini qazandı.

İl kik iki dövrədəki üzüntünün acığını «İmişli»dən 6 cavabsız qolla çıxdılar.

Qollar öz yerində, «Neftçi» bu dəfə mövsümün ən yaxşı oyununu keçirdi.

«Neftçi» azarkeşinin çoxdandır tamarzı olduğu, həsrətini çəkdiyi oyun bu idimi? Böyük ölçüdə «hə» deyə bilərik.

Nə Bassala Sambu, nə də Vensan Abubakar son matçda var idi. İngiltərəli və kamerunlu hücumçunun yoxluğu Yuri Vernidubun işinə yaradı.

Baş məşqçi zədədən əziyyət çəkən iki forvardın olmaması fonunda bir az beynini yordu, alternativ planlar üzərində işlədi və axtardığını tapdı!

Freddi Farqası hücuma çəkən, İmad Faraja cinahda sərbəstlik verən ukraynalı mütəxəssisin düşüncələri tutdu.

Paraqvaylı bura gələndən ilk dəfə səviyyəsini göstərdi. Fransalı isə komandadan ötrü daha yaxşı işlər görə biləcəyinə işarə vurdu.

«Neftçi» rəqibə elə bir temp təklif etdi ki…

Uzağa getmirəm, 2 ay öncə belə istək və sürətlə oynamağa başlasaydılar, keçirdikləri bütün matçlarda qələbə qazanardılar.

«Neftçi»nin hücum gücü böyükdür. Vernidub bu komandanı daim «bir nömrə» ilə oynatsa, istəyinə çatar.

Heyhat, o, bəzən futbolçularına inamsız davranır, heç də bütün rəqiblərə eyni məsafədən yanaşmır, fərqli-fərqli yöntəmlər seçir.

Bu, son oyunadək belə olub, kaş bundan sonra elə olmasın.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti