“Neftçi”nin ulduzu haqda yayılan yeni xəbər doğrudurmu?

15:15 Neftçi 257
“Neftçi”nin ulduzu haqda yayılan yeni xəbər doğrudurmu?

“Neftçi”nin hücumçusu Vensan Abubakar Premyer Liqada yaranan fasilədən istifadə edərək Portuqaliyaya yollanıb.

O, uzun illər sonra sabiq klubu “Porto”nun düşərgəsinə baş çəkib.

V.Abubakar klub prezidenti Andre Villaş Boaşla görüşüb. Kamerunlu ulduz bu görüşdən foto paylaşaraq, səmimi qarşılanmaya görə rəhbərə təşəkkür edib.

Onun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə təsis etdiyi akademiyası ilə "Porto" arasında əməkdaşlığın qurulacağı gözlənilir.

Portuqaliya mətbuatı bu görüşün təsadüf olmadığını, forvardın “Porto”ya mümkün keçidinin baş tuta biləcəyini yazıb.

Vensan 2014-2020-ci illərdə “Porto”da çıxış edib. Kamerun millisinin sabiq qolçusunun ”Neftçi” ilə 8 aylıq müqaviləsinin ilk müddətinin bitməsinə çox da qalmayıb.

Ötən ilin oktyabrında ”ağ-qaralar”la ”nigah” bağlamış afrikalının kontraktı iyunda başa çatacaq.

Razılaşmaya əsasən, Abubakarın sözləşməsinin daha 1 il uzadılıb-uzadılmaması onun çıxışından və klub rəhbərliyinin verəcəyi qərardan asılıdır.

Paytaxt təmsilçisindən aldığımız məlumata görə, Abubkarın burada qalıb-qalmayacağı may ayında məlum olacaq.

Yuri Vernidub onun gəlişindən sonra əsas heyətdə yerini itirmiş ön xətt oyunçusu ilə bağlı yekun rəyini hələ verməyib.

Baş məşqçi diz ağrılarından əziyyət çəkən, bu üzdən hələ də ideal formaya düşə bilməyən Abubakara daha 2 ay şans tanımaq fikrindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti