Yuri Vernidub «Neftçi»də böyük dəyişiklik etmək istəmir.
Baş məşqçi bu barədə komanda ilə keçirdiyi toplantıda bildirib.
Ötən ilin dekabrından bəri «ağ-qaralar»ın sükanı arxasında dayanan ukraynalı futbolçulara açıq mesaj verib.
Təcrübəli mütəxəssis Premyer Liqanın son iki turunda «Qəbələ» və «İmişli» üzərində qazanılan qələbələrin davamını gətirməyi tələb edib, avrokuboklara vəsiqə uğrunda sonadək mübarizə aparmalı olduqlarını xatırladıb:
«Biz iddiamızdan əl çəkməməliyik, özümüzə inanmalıyıq. Turnir cədvəlində dördüncü yerə qalxa bilərik.
Hamınız buna inanmalı və çalışmalısız. Mən sizdən başqa heç nə istəmirəm.
Rəhbərlik bizə hər cür şərait yaradıb, onlar komandaya çox inanırlar. Bilirəm ki, yayda bir neçə futbolçunun müqaviləsi başa çatacaq.
Yayda geniş islahatlar aparmaq istəyim yoxdur. Yaxşı olar ki, hamınız burada qalasız.
Bunun üçün Konfrans Liqasına getməliyik. Bu məqsədimizə çatmasaq, mən növbəti mövsümə başqa futbolçularla başlamaq məcburiyyətində qalacam.
Axı siz qarşıya qoyulan hədəfə indi çata bilərsiz, mən niyə yeni oyunçulara ehtiyac hiss edim?
Gəlin, elə nəticələr qazanaq ki, mövsümün sonunda bir-birimizin üzünə baxa bilək».
Bir oyunu ehtiyatda olan «Neftçi» 25 turdan sonra 37 xal toplayıb. Paytaxt təmsilçisi Premyer Liqanın turnir cədvəlində altıncı pilləyə yüksəlib.
SPORTİNFO.AZ

