“Neftçi”də qollarını sıralayan hücumçu: “Bizə deyirlər ki, aldatma”

24 Mart 23:45 Neftçi 172
“Neftçi”də qollarını sıralayan hücumçu: “Bizə deyirlər ki, aldatma”

“Məncə, bunun səbəbi akademiyalarda gizlənir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin əvəzedici komandasının qolçusu Ömər Qurbanov deyib.

Qış fasiləsində “Səbail“i “ağ-qaralar“a dəyişən və məhsuldarlıq nümayiş etdirən ön xətt oyunçusu bildirib ki, futbolumuzda ən böyük problemlərdən biri də yaxşı hücumçu azlığıdır.

Sanki indiki uşaqlar hücumçu olmaq istəmir:

“Bizə ilk gündən ən çox verilən tapşırıq bunlardır - topu itirmə, aldatma, dəqiq oyna. Aldada bilsən də, artıq bunu etmirsən.

Belədə özgüvən itir. Tədricən hücumçu mövqeyini müdafiəçi mövqeyinə dəyişməli olursan.

Çünki müdafiədə oynamaq üçün qeyri-adi nəyəsə ehtiyac yoxdur. Avropada uşaqlara səhv etməyə şərait yaradılırsa, bizdə bir qədər fərqlidir.

Hətta bir səhvə görə karyeran pis istiqamətə dəyişə bilər“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti