“Neftçi“nin müdafiəçisi: “Kənarda qalmaq mənə pis təsir edir“

22 Mart 23:45 Neftçi 653
“Neftçi“nin müdafiəçisi: “Kənarda qalmaq mənə pis təsir edir“

“Kənarda qalmaq mənə pis təsir edir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin müdafiəçisi Elvin Bədəlov deyib.

O, Premyer Liqanın 25-ci turunda “İmişli“ ilə keçirilən matçı (6:0) kənardan izləməli oldu.

Bunea səbəb Qəbələ səfərində cəzalı duruma düşməsidir:

“İlk hissədə sarı vərəqə almışdım. “Qəbələ”nin sürətli hücumlarını nəzərə alsaq, növbəti sarı vərəqə “qırmızı”ya səbəb ola bilərdi.

Ona görə də baş məşqçi 70-ci dəqiqədən sonra əvəzlənməyimi lazım bildi. Çünki artıq cəzalı durumda idim, “İmişli“ ilə matçda oynaya bilməyəcəkdim.

Növbəti turlarda yenidən əsas heyətdə meydana çıxmaq istəyirəm“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti