“Onunla danışıqlar müsbət yöndə irəliləyir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin baş icraçı direktoru Cenk Sümer deyib.
Türkiyəli funksioner Yuri Vernidubun klubdakı taleyi haqda danışıb. O, “ukraynalı baş məşqçi nəticədən asılı olmayaraq qalacaqmı“ sualını bu cür cavablanıdırıb.
“Müqavilənin artırılması hədəflərə çatmağımız üçün hər iki tərəfin istəyi üzərində davam edir. Klub olaraq tərəfimizdən heç bir problem yoxdur.
Bu cür münasibətlər qarşılıqlıdır. Yuri hocanın özü də sövdələşmədə məmnun olmalıdır. Baş məşqçimizin xidməti planlarımıza daxildir.
Komandaya gec qoşulmasına baxmayaraq, kollektivə ruh və enerji verdi. Özü də verdiyi açıqlamalarda burada xoşbəxt olduğunu deyir“.
Paytaxt təmsilçisi noyabrın 25-də Samir Abasovu vəzifəsindən uhaqlaşdırandan az sonra - dekabrın 9-da uri Vernidubu görəvə gətirib. Onunla 6 ay+1 illik müqavilə imzalanıb.
Həmin vaxt kəsilən şərtə əsasən, “Şerif“in sabiq çalışdırıcısının buradakı gələcəyi nəticələrdən asılıdır.
O, “ağ-qaralar“ı Konfrans Liqasına daşıyacağına dair söz verib. Hazırda komanda Premyer Liqanın turnir cədvəlinin orta sıralarında mövqe tutub.

