Yeni rəhbər: “Bu gün "Neftçi"də belə oyunçular var, amma sayları azdır”

21 Mart 23:45 Neftçi 92
Yeni rəhbər: “Bu gün "Neftçi"də belə oyunçular var, amma sayları azdır”

“Bu, digər oyunçular üçün də yaxşı nümunədir”.

"Neftçi" Futbol Akademiyasının yeni koordinatoru Elxan Abdullayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Son illər "Neftçi"nin akademiyasından Murad Məmmədov, Rüfət Abbasov kimi istedadlar çıxıb. Təcrübəli mütəxəssis onların gələcəyini necə görür?
Abdullayevin cavabını eşidək:

“Bu uşaqlar millidə mənim rəhbərliyim altında çıxış ediblər. Çox sevinirəm ki, Rüfət liqada bütün oyunları meydanda olub, əsas milliyə kimi gedib.

Çox böyük addımlardır. Həm "Neftçi", həm də Azərbaycan futbolu üçün xoş haldır. Oyunçular öz gücünə inanmalıdır.

Limitin ləğvi çox danışılır. Biz görürük ki, limit ola-ola Rüfət, Murad oynayır.

Əllərini aşağı salmasınlar. Futbolçuların özündən çox şey asılıdır. İnamları olmalı, qarşılarına məqsəd qoymalıdırlar.

Murada, Ağadadaşa da Rüfət kimi əsas milliyə düşməyi arzu edirəm. İndi də akademiyada belə gənclər var.

Amma çox az sayda. İşləmək lazımdır.

Bizim işimiz budur ki, "Neftçi"nin əsas komandası və millilərmiz üçün uşaq yetişdirək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti