"Neftçi" toy etmədi, “toy tutdu” - VİDEO

21 Mart 00:40 Neftçi 549
"Neftçi" toy etmədi, “toy tutdu” - VİDEO

Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” və “İmişli” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən görüşdə meydan sahibləri böyük hesabla qələbə qazanıb - 6:0.

FİFA referisi Tural Qurbanovun idarə etdiyi qarşılaşmada qolları Breno Almeyda (12), İmad Faraj (15, 50), Emil Səfərov (19, 60), Emin Mahmudov (54) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv isə 22 xalla 9-cu yerdə qalıb.

"Neftçi" - "İmişli" 6:0

“Palms Sports Arena ”, 1300 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Cəmil Quliyev
Dördüncü hakim: Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqə: Luis Silvestr, 44 (qeyri-idman hərəkəti)
Qollar: Breno Almeyda, 12; İmad Faraj, 15, 51; Emil Səfərov, 19, 60; Emin Mahmudov, 55
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə yoxdur.

“Neftçi”
13. Kenan Piriç
(1. Emil Balayev, 65)
8. Emin Mahmudov (k)
17. Murad Xaçayev
7. Emil Səfərov
(4. Elvin Camalov, 75)
24. Mustafa Sek
(22. Luis Ortis, 46)
5. İqor Ribeyro
18. İfeanyi Metyu
(6. Sessi Dalmeyda, 46)
33. Breno Almeyda
70. Andrey Ştoqrin
11. İmad Faraj
(28. Alessio Kurçi, 70)
10. Freddi Varqas
Ehtiyat oyunçular:
81. Məhdi Həsənov
19. Ağadadaş Salyanskiy
47. Murad Məmmədov
14. Edvin Kuç
77. Falaye Sako
27. Kristian Kostin
23. Cordan Rezabala
Baş məşqçi: Yuri Vernidub

“İmişli”
33. Andrey Sinenka
19. Azər Salahlı (k)
3. Tuncay Yusifli
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
(30. Xəlil Mürsəlli, 70)
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
(97. Xəzər Mahmudov 82)
23. Dioqo Rollo
(44. Həzrət İsayev, 82)
79. Dioqo Kardozu
(21. Abbas Ağazadə 46)
17. Ezekiel Morqan
7. Luis Silvestr
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
99. İmam Əli
90. Riad Abbaszadə
47. Orxan Fərəcov
5. İdris İnqilablı
11. Vüsal Qənbərov
20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti