«Qarabağ»ın qapıçısı Mateuş Koxalskinin Azərbaycandan ayrılmasına az qalıb.
«Köhlən atlar»ın 2024-cü ilin yayında «Stal»dan sıralarına qatdığı kiperə Veronika təzyiq və təsir göstərir.
Bəs kimdir bu qız? Veronika onun yanvar ayında nişanlandığı xanımdır. İllərdir sevgi münasibətində olduğu Veronika ölkəmizdə yaşamaq istəmir.
O, gələcək həyat yoldaşının Avropaya qayıtmasında israrlıdır. Koxalski komanda yoldaşları ilə söhbətində bu barədə söz açıb.
Bildirib ki, nişanlısı transfer işləri ilə yaxından maraqlanır, Polşaya dönməsini arzulayır. Odur ki, iyunda «Qarabağ»ı birdəfəlik tərk etməyi planlaşdırır.
Polyak «əlcək sahibi»nin Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Polşa KİV-i «Qarabağ»ın 1,2 milyon avro qarşılığında transfer etdiyi qapıçıya 8 milyon avro qiymət qoyduğunu yazıb.
SPORTİNFO.AZ

