“Neftçi” ailəsi bu günü düz 1 aydır gözləyirdi - VİDEO

19:40 Neftçi 116
“Neftçi” ailəsi bu günü düz 1 aydır gözləyirdi - VİDEO

“Neftçi” Qəbələ səfərində parlaq qələbəyə sevindi.

Oyunun əvvəlində hesabda geri düşən “ağ-qaralar” fasiləyə qədər hesabı bərabərləşdirməyi bacardı.

İkinci yarıda vurulan daha 2 qol vacib qələbəni rəsmiləşdirdi – 3:1.

Bu, Bakıdan bölgəyə səfər edən 50-yə yaxın “Forza Neftçi” azarkeşi üçün əsl bayram mənasını verdi.

Sonuncu dəfə fevralın 15-də Yevlaxda 3:1 hesablı qələbəyə görə “göyə uçan” fanatlar futbolçularla sevinc yaşamaq üçün düz bir ay gözləmək məcburiyyətində qalmışdı.

Nəhayət, o gün yetişdi.

Komanda üzvləri qarşılaşmadan sonra hava-su qədər vacib 3 xalı “Forza Neftçi” ilə bu şəkildə qeyd etdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti