Gənclərdən ibarət yığmanın yarımmüdafiəçisi Murad Məmmədovun «Neftçi»dən ayrılmağa qərar verməsini bilirsiz.
Klub rəhbərliyi ilə onun arasında uzun müddətdir davam edən danışıqlar artıq başa çatıb.
Tərəflər buy ay başa çatacaq müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gələ bilməyib.
Klubun irəli sürdüyü şərtlər yarımmüdafiəçini razı salmayıb. 2024-cü ildən əsas komandaya cəlb olunmuş 20 yaşlı gəncə maaş artımıyla bərabər 3+1 illik kontrakt təklif olunub.
Di gəl, Məmmədov yetirməsi olduğu paytaxt təmsilçisindən 15 min dollar civarında əməkhaqqı tələb edib və maliyyə şərtlərində güzəştə getməyib.
Çünki ona ölkə xaricindən bir neçə dəvət gəlib.
«Pafos» U-21 yığmamızın üzvüylə demək olar anlaşıb. Cənubi Kipr klubu Məmmədovun maddi istəklərini qəbul eləyib.
Saytımız bu keçidlə bağlı maraqlı məlumat əldə edib. Bizə bəlli olub ki, vingerin «Pafos»la sövdədələşməsinə «Neftçi»nin keçmiş funksioneri köməklik göstərib.
Həmin şəxs ötən ilin sentyabrında «ağ-qaralar»la vidalaşan Qədir Həsənovdur.
O, 2010-cu ilin avqustundan paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin oktyabrından isə menecer postunu tuturdu.
Samir Abasovla arasında yaranan problem üzündən 14 il çalışdığı «Neftçi»ni tərk edən Həsənov «Pafos»un Məmmədovla rabitə qurmasının birbaşa səbəbkarıdır.
SPORTİNFO.AZ

