“Neftçi”nin təklifini qəbul etdilər - "Beşiktaş" və "Dinamo" Bakıya gəlir

11:00 Neftçi 208
“Neftçi”nin təklifini qəbul etdilər - "Beşiktaş" və "Dinamo" Bakıya gəlir

"Neftçi" və "Dinamo"nun (Moskva) birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.

"Neftçi" B qrupunda "Dinamo (Voronej, Rusiya), "Göztəpə" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar.

"Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", martın 20-də isə "Göztəpə" ilə qarşılaşacaq.

Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.

Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

"Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti