“Qələbəyə layiq idik” - “Neftçi”nin yerli yarımmüdafiəçisi

13:40 Neftçi 134
“Qələbəyə layiq idik” - “Neftçi”nin yerli yarımmüdafiəçisi

“Bu oyuna çox yaxşı hazırlaşmışdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emil Səfərov deyib.

Yarımmüdafiəçi “Qəbələ”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 24-cü turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

“İlk növbədə hava ilə bağlı Qəbələ şəhərində oynamaq çətindir. Amma maraqlı qarşılaşma alındı.

Azarkeşlərimizi təbrik edirəm. Qələbəyə layiq idik və layiqli mübarizə apardıq”.

E.Səfərov növbəti görüşlərə də çox yaxşı hazırlaşacaqlarını diqqətə çatdırıb.

Hazırda 34 xalla altıncı pillədə qərarlaşan “Neftçi” 25-ci turda “İmişli”ni qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti