“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatının onu tənqid etməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, dünən keçirilən mətbuat konfransında “Turan Tovuz”la oyunda rəqib baş məşqçi Kurban Berdıyevlə görüşməsinə görə ölkəsində yaranan narazılıqla bağlı sualı cavablandırıb.
Həmçinin oxuyun: Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
Ukrayna mediası Berdıyevin Rusiya vətəndaşı olduğunu və onun 2023-cü ildə işğal olunmuş Mariupol şəhərinə səfər etdiyini xatırladıb, bu səbəbdən ukraynalı Verbidubun onunla görüşməsi birmənalı qarşılanmayıb.

