“Neftçi” simpatizanları ilə sabiq futbolçusu arasında qalmaqal - VİDEO

16 Mart 23:00 Neftçi 144
“Neftçi” simpatizanları ilə sabiq futbolçusu arasında qalmaqal - VİDEO

“Şamaxı” ilə bərabərə qalıb (2:2), “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olan “Neftçi” mart ayında ilk qələbəsinə sevindi.

Premyer Liqanın 24-cü turu çərçivəsində “Qəbələ” ilə baş tutan səfər qarşılaşmasında “ağ-qaralar” 3:1 hesabı ilə qalib gəldi.

Gərgin oyunu qalmaqalsız başa vurmaq mümkün olmadı.

İkinci hissənin gedişində “Neftçi”nin qapısına penalti təyin edilən anda bakılı azarkeşlər meydan sahiblərinin qapıçısı Səlahət Ağayevi qıcıqlandırmağı bacardı.

Səlahətin vaxtilə ağ-qara formanı geyindiyini nəzərə alan bəzi fanatlar ona səslənərək “Neftçi”nin çörəyi haramın olsun” deyincə, qapıçı əsəblərinə hakim ola bilmədi.

Emin Mahmudovun vurduğu qoldan sonra tribunanın arxasındakı “Neftçi” azarkeşlərinə tərəf dönən təcrübəli qolkiper onlarla haqq-hesab “çürütmək” həvəsinə düşdü.

Yaxınlıqdakı futbolçuların, xüsusən də kapitan Emin Mahmudovun səyindən sonra Ağayevi sakitləşdirmək mümkün oldu. İnsaf naminə, azarkeşlər də bir daha onu hansısa formada özünən çıxarmağa cəhd etmədi.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anların görüntülərini təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti