“Neftçi”də qələbə əhval-ruhiyyəli AÇIQLAMA: “Onların da durumu yaxşı deyil”

15:15 Neftçi 161
“Neftçi”də qələbə əhval-ruhiyyəli AÇIQLAMA: “Onların da durumu yaxşı deyil”

“Turan Tovuz”a məğlub olmaqla avrokubok işini çətinə salan “Neftçi” bu dəfə səfərdə meydana çıxacaq.

“Ağ-qaralar”ın növbəti rəqibi son 8 oyunda qələbə üzünə həsrət qalan “Qəbələ”dir.

İndiki məqamda hər iki komanda “yaralı aslan” təsiri bağışlayır. Biri avrokuboklara vəsiqə uğrunda çaba göstərir, digəri elitada qalmaq uğrunda.

Odur ki, qarşılaşmanın nə dərəcədə gərgin keçəcəyini indidən təsəvvür etmək çətin deyil.

“Neftçi”nin ukraynalı legioneri Andrey Ştoqrin qarşıdakı matçla bağlı Sportinfo.az-a açıqlama verib:

“Hər oyuna qələbə üçün çıxırıq. Bu dəfə də məqsədimiz üçün mübarizə aparacağıq. Xüsusən indiki məqamda 3 xal bizim üçün vacibdir.

Bilirəm, “Qəbələ”nin də durumu yaxşı deyil. Onlar da meydan sahibi amilindən istifadə etməklə qələbə üçün oynayacaqlar. Hər bir halda maraqlı oyun olacağına şübhə etmirəm.

Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq və azarkeşlərimizi sevindirmək üçün qalib gəlməyə çalışacağıq.

Əvvəlki matçları düşünməklə heç nəyə nail ola bilmərik. İrəli boylanmalı və pozitiv əhval-ruhiyyədə olmalıyıq. Hazırkı vəziyyəti ancaq özümüz yaxşılaşdıra bilərik”.

Martın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti