“Neftçi“ni hesabdan silmək tezdir, indidən proqnoz verməyin“

21:20 Neftçi 100
“Neftçi“ni hesabdan silmək tezdir, indidən proqnoz verməyin“

“İndidən proqnoz vermək doğru deyil”.

Bunu Sportinfo.az-a açıqlamasında “Neftçi“nin vingeri Andrey Ştoqrin deyib.

“Ağ-qaralar“ 23 turdan sonra üçüncü pillədəki “Turan Tovuz”dan 13, 4-cü yerdəki “Zirə”dən 8 xal geri qalır. Avrokuboklara vəsiqə şansı son dərəcə çətin görünür.

Çıxış yolu var? Ukraynalı legioneri dinləyək:

“Qarşıda 10 tur var. Üstəlik, rəqiblərlə müqayisədə 1 oyun az keçirmişik.

Qarşımızda duran hədəf var və həmin hədəfə çatmaq üçün sona qədər mübarizə aparacağıq. Mən Konfrans Liqasına vəsiqə qazanacağımıza inanıram.

Yeni ildən sonra keçirdiyim oyunlarla, əldə etdiyimiz qələbələrlə göstərdik ki, “Neftçi“ni hesabdan silmək tezdir“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti