Yuri Vernidubun gəlişindən sonra 7 oyunda məğlub olmayan “Neftçi” yenilgi acısını yaşadı.
Paytaxt təmsilçisi Premyer Liqanın 23-cü turunda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən birinə - “Turan Tovuz”a boyun əydi - 0:1.
Bu yenilgidən sonra 7-ci pillədəki “ağ-qaralar”la 4-cü yerdə qərarlaşan “Zirə” arasındakı xal fərqi 8-ə yüksəldi.
Futbolda mümkünsüz heç nə yoxdur. Lakin indiki “Neftçi”nin qarşıdakı 11 matçda qarşısına çıxan rəqiblərin hamısını məğlub edəcəyi inandırıcı görünmür.
Sportinfo.az-ın əməkdaşı Həbib Aslanov videoçıxışında klub rəhbərliyinə mövcud durumdan çıxış yolu göstərib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

