"Neftçi"də hər kəsi mat-məəttəl qoyan adam - Vernidub da çarəsizdir

16:05 Neftçi 228
"Neftçi"də hər kəsi mat-məəttəl qoyan adam - Vernidub da çarəsizdir

Məşqlərin adamı...

Bu sözü "Neftçi" cəbhəsində Andrey Ştoqrinin ünvanına işlədirlər.

Deyilənlərə görə, ukraynalı məşqlərdə tam başqa səviyyə ortaya qoyur.

Əksər komanda yoldaşlarından birbaş seçilir.

Elə Yuri Vernidubun qış fasiləsində onu mövsüm üçün sifariş etdirməsinin də arxasında bu məqam durur.

"Ağ qaralar" onu sifariş etmək üçün 100 min manatından keçib.

Amma yarımmüdafiəçi heç cür məşqlərdəki həmin performansını oyunlara daşıya bilmir.

Dönür olur sıradan bir futbolçu. Hər kəs də haqlı olaraq mat-məəttəl qalır ki, bu adamın "Neftçi"də nə işi var axı?

Aldığı maaş bir kənara sifarişi üçün xərclənən məbləğ "Neftçi" rəsmilərini yandırıb yaxır.

Həmyerlisinin dəstəyi, güvəni də onu ayıltmır.

Qış fasiləsindən sonrakı 7 matçdan altısında üçü əsas heyət olmaqla meydanda olub.

Lakin heç nə ilə yadda qalmayıb.

Görünür, Samir Abasov elə ötən yay doğru qərar veribmiş.

Onu yeni mövsüm üçün sifariş etməməklə.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti