“Neftçi”nin baş məşqçisi buna ehtiyac duymadı

13 Noyabr 2024 16:40 Neftçi 2 288
“Neftçi”nin baş məşqçisi buna ehtiyac duymadı

“Neftçi”də istirahət müddəti başa çatıb.

Noyabrın 8-də “Kəpəz”lə oyundan sonra iki günlük dincəlmək imkanı qazanan komanda üzvləri noyabrın 11-də bir araya gəlib.

Yığma komandaların düşərgəsinə yollanan futbolçulardan başqa hamı bir nəfər kimi məşqlərdə iştirak edir.

Baş məşqçi Samir Abasov uğursuz nəticələri və görülməli işlərin çoxluğunu nəzərə alaraq yetirmələrinə çox yox, cəmi iki gün fasilə verib.

“Neftçi” milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədə yoldaşlıq görüşü keçirməyəcək. Baş məşqçi sınaq matçına ehtiyac duymayıb.

Bakılılar Premyer Liqada növbəti görüşünü noyabrın 23-də “Neftçi Arena”da “Zirə”yə qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi