COP29

“Neftçi” dünya mətbuatının gündəmində - Bu təyinata görə

18 İyul 2023 16:20 Neftçi 2 103
“Neftçi” dünya mətbuatının gündəmində - Bu təyinata görə

Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postuna təyinatı dünya mətbuatında geniş işıqlandırılıb.

Sportinfo.az xəbər verir ki, bir sıra məşhur saytlar – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin, ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbu orqanlarında ötənlərin əfsanəvi futbolçusu ilə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid maraqla qarşılanıb.

Bundan əlavə, “Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskvada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşərək, şəkil çəkdirib, avtoqraf alıblar.

Sankt-Peterburq və Moskvadakı hava limanlarında da 44 yaşlı mütəxəssisə maraq yüksək olub.

“Neftçi”nin sosial media səhifələrindəki paylaşımlarına gələn reaksiyalardan da Mutunun komandaya baş məşqçi təyin olunmasının böyük əks-səda doğurduğu görünür.

Rumıniyalı, Adrian Mutu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti